• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1573
— 25.06.2018 14:36

Göygöldə ipəkçiliyin inkişafı və ixrac potensialının artırılması mövzusunda görüş keçirilib

KepezTV Player

Ölkədə ipəkçiliyin inkişafı, ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunu təmin etmək Göygöldə keçirilən görüşün qayəsini təşkil edib. Elm adamlarının bu sahədə xüsusi roluna toxunulub. Heyvandarlıq Elmi Tətqiqat İnstitutunda keçirilən elmi praktiki seminarda bəzi mətləblərə də toxunulub.

Tut ipək qurdunun, barama məhsuldarlığının artırılmasında tətbiq edilən aqrozootexniki qaydalar kümçülərə çatdırılıb. İpəkçiliyin bərpası, baramaçılığın inkişafına dövlət dəstəyi, bu sahədə elmi nailiyyətlərin tətbiqinin vacibliyində danışılıb.

Mahir Hacıyev - Heyvandarlıq Elmi Tətqiqat İnstitutunun direktoru –“Bu il Respublikada ümumi monitorinqin aparılması nəticəsində biz qeyd etmişdik ki, bütün qərb zonası rayonlarında tut ipəkqurdunun yetişdirilməsində saxlama, bəsləmə şəraitində bir neçə problemlərlə qarşılaşmışdı. Heyvandarlıq Elmi Tətqiqat İnistitunun bir neçə mütəxəsisi Tovuz, Qazax, Şəmkir, Yevlax, Şəki, Zaqatala, Qax zonalarında ekspedisya şəklində kümçülərə dəstək olaraq maarifləndirmə məqsədi ilə orada olan problemləri aradan qaldırılmasında dərhal çevik şəklində iştirak etmişlər”.

Seminarda, bu sahənin müasir üsullarla inkişaf etdirilməsi üçün alimlərin innovativ metodları və tətbiq edilən yeni texnalogiyalar barədə məlumat verilib.  

Vaqif Qafarov - ipəkçi mütəxəsis – “Baramaçılığın inkişaf etdirilməsi üçün müəyyən təkmilləşdirici təkliflər təqdim etmişəm. Hazırladığım iş barama qurdlarının barama sarıması üçün şax materiallarıdır. Bu şax materialları təsərrüfatçıların işini yüngülləşdirməklə yanaşı məhsuldarlğın və yüksək keyfiyyətli baram alınmasına kömək edir”.

Bu sahə üzrə ixtisaslaşan bölgələrdən gələn mütəxəssislər də baramaçılıqda canlanmanın müşahidə olunduğunu önə çəkir.

Qüdrət Bəkirov - Şəki Regional Elmi Mərkəzin şöbə müdiri  – “Kolleclərdə, Aqrar universtetdə ipəkçilik fakültəsinin açılması, bu Heyvandarlıq inistitunun nəzdində 1959-cu ildə yaradılmış İpəkçilik İnistitutu formasında bərpa olunması və kümçülərə vaxtlıvaxtında təlimlərin keçirilməsi çox gözəl təşəbbüsdür”.

Seminarda ipəkçiliyin hazırkı vəziyyəti və problemləri, İpək qurdu üçün optimal mikro iqlimin normaları, bölgələrdə ipəkçilik sənayesinin inkişaf prespektivləri, yem bazası kimi mövzular ətrafında fikir mübadiləsi aparıldı.

 

Elnur Vahidoğlu