Citroen tərəfindən Berlingo furqonunun yeni nəsil modeli təqdim edilib. Maşının içərisində Airbump təhlükəsizlik hava yastıqları peyda olub. Model iki variantlı təkər bazası ilə təklif edilir. M versiyasının uzunluğu 4,4 metr, oxlar arasındakı məsafə 2,78 metr təşkil edir. XL modifikasiyasında isə ölçülər müvafiq olaraq belədir: 4,75 m və 2,97 m. Standart Citroen Berlingonun 775 litr həcmli baqaja malikdir. Bu, əvvəlkindən 100 litr çoxdur. XL versiyası ilə 1050 litrədək yük götürmək olar. Salondakı avadanlıqlardan proyeksiyalı ekranı, sürücünün vəziyyətini izləyən sistemi, adaptiv kruiz-kontrol, yol nişanlarını müəyyən edən funksiya, yuxarı çıxmağa kömək edən sistem, əyləncəli infrormasiya mərkəzini və mobil cihazların naqilsiz enerji yığma imkanını qeyd etmək olar. Motor qamması 1,2 litrlik motor və 1,5 litrlik dizel mühərriklərdən ibarətdir. Birincisi versiyadan asılı olaraq 110 və 130 at gücü, ikincisi isə 75, 100 ya da 130 at gücü yığa bilər. Transmissiyada 6 pilləli mexaniki, ya da 8 diapazonlu avtomatik sürət qutusu quraşdırıla bilər. Furqonun satışlarına ilin ikinci yarısından başlayacaq.
- Baxış: 529