Yerli, keyfiyyətli və milli arnamehtləri özündə əks etdirən Gəncəbasar xalçaları. Azərbaycanın tarixən xalçaçılıq bölgəsi olan qərb regionunda bu gün də "Gördəst" üsulu ilə xalça və xalça məmulatları toxunur. “Azərxalça”nın Şəmkir filialında.
Boyaq bitkiləri ilə zənginliyi, qoyunçuluğun inkişaf etməsi qərb bölgəsində xalçaçılıq sənətinin yaşadılmasına geniş imkan yaradıb. Toxunan xovlu və xovsuz xalçalar isə gündəlik məişətdə istifadə edilməklə ticarət imkanlarını da artırır. “Azərxalça”nın Şəmkirdəki filialında da müxtəlif ölçü və formaları ilə yüksək balla indeksləşdirilən xalşalar ərsəyə gəlir.
Sona Həsənova Azərxalça ASC-nin Şəmkir filialının sex rəisi: Çeşidlərə görə bizdə ən çox təlabat Qarabağ xalçalarınadır. Ən çox sifarişlər də Qarabağ xalçalarından verilir. Belə Şirvanda olur, Gəncəbasarda, Şəmkirin özündən də sifarişlər olur. Ümumiyyətlə sifarişlər nə olur biz onu hazırlayıb veririrk.
Gəncəbasar xalçaları üzərində daha çox müxtəlif həndəsi elementlərin əks olunması ilə səciyyələnir. Buta, ulduz, nəzərlik, ox, damğa, daraq, qarmaq, göz, at, dəvə, quş və sairə simvollarla bəzənən Gəncə qrupu xalçaları qırmızı, ağ, qara, sürməyi, mor, sarı, mavi, yaşıl kimi rəngli təbii boyaqlarla boyanmış yun və ipək iplərdən toxunur. Bu xalçaların toxunmasına yaşlı nəsilin nümayəndələri ilə yanaşı gənclər də böyük həvəs göstərir.
Çiçək Musayeva toxucu: yaşından asılı olmayaraq hər bir xanıma zövq verə bilən bir işdir. Heç də yorucu deyil.
Zəminə İsgəndərova toxucu: Bu elə bir sənətdir ki, nə qədər öyrənsən də yenə öyərnməlisən. Üçüncü xalçamdı toxuyuram, ancaq yenə də öyrənirəm. Yenə laızmdır ki, dərinliklərini öyrənəsən.
Yaqut Quliyeva toxucu: Toxuduqca güllər və bəzəklər hazırlandıqca bu insanın daha çox könlünə oxşayır və əsəbləri sakitləşdirir. Çox xoş ovqat yaradır.
Azərxalça-nın Şəmkir filialında toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu kimi bölmələr yaradılıb.
Natiq Hüseyn
- Baxış: 952