• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 18.12.2017 15:19

Qərb bölgəsinin fermerləri ilk dəfə əkin torpaqlarını analiz etdirirlər

KepezTV Player

Torpağın tərkibini bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır. Bu zərəri sığortalamaq üçün torpaqların analiz edilməsi tövsiyyə edilir. Qərb bölgəsinin torpaq mülkiyyətçiləri nümunəni Göygöl Regional Aqrokimya laboratoriyasına gətirməklə işlərini planlaşdıra bilərlər.

Ağasəlim Mustafayev - Göygöl Regional Aqrokimya laboratoriyasının laboratoriya müdiri: “Torpaqda mövcud olan qida maddələrinin miqdarını öyrənməklə, həmin torpaqda yetişdiriləcək bitkilərin ehtiyat duyduğu kübrələrin verilmə norması və dozasını bildikdən sonra səmərəli əkin əldə edə bilərik. Buna görə də ilk öncə torpaq analizlərinin etdirliməsi vacibdir.

Ziyandan sığortalanmaq üçün torpaqların aqrokimyəvi analizi vacib sayılır. Əkinə yararlı torpaqlarda tədqiqatların aparması, aqrotexniki tədbirlərin də nəticə verməsi deməkdir. Bu məqsədlə Göygöl Regional Aqrokimya laboratosiyasının əməkdaşları gətirilən torpaq nümunələrinin analizini aparır.

Kəmalə Kərimova - aparıcı fetopataloq: Espertiza şöbəsində zərərverici və xəstəliklər təyin edilir. Bunun nəticəsində isə fermerlərimizə tövsiyyələr verilir.

Aynurə Bayramova - baş aqrokimyaçı: Burda torpaqda azotun təyini kedosu ilə təyin edirik. Torpağı 420 dərəcədə yandırırıq. Yandırdıqdan sonra soyumasını gözləyirik. Sonra isə kedosu ilə qaynatmağa başlayırıq. Sonra isə titerliyirik.

Günay İsayeva - məsul işçi: Torpaqda biz maqro və mikro elementləri təyin edirik. Torpaqda hər hansı bir elementlərdən biri əskik və ya artıq olarsa bu bitkilərin inkişafına mənfi təsir edir.

10 ilə yaxındır toxumçuluq təsərrüfatı olan Rəfayıl Mustafayev bu il ilk dəfə olaraq laboratoriyaya torpaq nümunəsi təqdim edib.  

Rəfayıl Musatafayev - fermer: Mən indi bildim ki, mənim əkdiyim torpaqlarda azot azdı. Mən çalışacam ki, əkinlə bərabər azot verəm. Azot torpaqda yaxşı alınsın ki, məhsuldarlıq yuxarı qalxsın. Məhsuldarlıq çox olmalıdı. Yoxsa əkib kübrə verməyəndən sonra bunu əkməyin mənası yoxdu. Belə ərait yaradıblar bizim üçün, böyük köməkdi.

Laboratoriya müasir cihazlarla təmin edilməsi torpağın dəqiq laborator analizini etməyə imkan verir. 

Ağasəlim Mustafayev - Göygöl Regional Aqrokimya Laboratosiyasının laboratoriya müdiri: Bir zamanlar bizim ölkədə belə laboratoriya yox idi. Bu gün müasir laboratoriya qurulub. Bu tədricən öz bəhrəsini göstərir. Planlaşdırırıq ki, ölkəmizdə məhsuldarlıq daha yaxşı olacaq.

Torpaqlardan daha səmərəli istifadə olunmasını təmin etmək üçün laboratoriyada kartoqramlar hazırlanır, fermerlərə pasportlar verilir. Son 4 ay ərzində müraciət edən 60-a yaxın fermerin təqdim etdiyi torpağın tərkibi ödənişsiz olaraq öyrənilib.

 

Elnur Vahidoğlu