• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 06.03.2017 10:01

DS brendi altında yeni krossover təqdim olundu

Citroen-in premial bölməsi - DS şirkəti yeni DS 7 krossoverini ictimaiyyətə göstərib. Modelin istehsalı Fransa və Çində həyata keçiriləcək. Yeniliyin dizaynı 2013-cü ildə nümayiş etdirilən Wild Rubis konseptini xatırladır. Avtomobil Emp2 platformasında düzəldilib. Krossoverin uzunluğu 4,57 metr, eni 1 metr 89 santimetrdir. Baqaj 628 litr həcmindədir. Salonda 7 və 12 düymlük ekran quraşdırılıb. Ekranlardan biri multimedia sisteminin idarəetməsini yerinə yetirir, digəri isə rəqəmsal alətlər lövhəsi rolunu oynayır. Panelin mərkəzində motor işə düşərkən açılan saat yerləşdirilib. DS 7 Crossback hibrid güc sistemi ilə hərəkətə gəlir. Buraya 200 at güclü benzin mühərrik, iki elektromotor və 8 pilləli avtomatik sürət qutusu daxildir. Avtomobilin ümumi gücü 300-ə bərabərdir. Maşın 3 iş rejimindən ibarətdir: 100% elektrogüc, hibrid və kombinə edilmiş. Bu cür texnologiya zəif şütümə zamanı və ya adi əyləc vaxtı akkumlyator batareyalarını enerji ilə təmin etməyə imkan verir. Elektriklə maşın bir dəfəlik 60 kilometr məsafə gedir. Standart rejimdə enerji yükləmək üçün 4 saat 30 dəqiqə vaxt tələb olunur. Daha sürətli rejimdə bu iş 2 saat yarıma başa gəlir. Krossoveri 130, 180 ya da 230 at güclü mühərriklərdən biri ilə də almaq olar. Sürücü üçün adaptiv-kruiz kontrol, hərəkəti zolaq çərçivəsində saxlayan sistem və parkinqi sürücüsüz yerinə yetirən funksiya əlçatandır. DS NIGHT VISION sistemi isə gecə vaxtı təhlükəsiz hərəkətə cavabdehdir. Belə ki, radiator barmaqlığında yerləşdirilmiş infraqırmızı kamera yolda 100 metr məsafədə ola biləcək piyada və ya heyvanları müəyyən edir. Driver Attention Monitoring funksiyası isə sürücünü izləməklə məşğuldur. Sükanda quraşdırılmış infraqırmızı kamera sürücünün, yayınmasın deyə gözlərinə, üzünə və başına diqqət edir. Funksiya sahibinin yorğunluğunu qeydə alarsa, səs siqnalı verir.

 

Cavanşir Məmmədzadə