![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/drone_0.jpg?itok=EBI7RoER)
Çinin dronlar istehsal edən EHang şirkətinin mühəndisləri EHang 184 sərnişin dronu da daxil olmaqla, eyni anda 1000 ədəd dronu göyə uçurdublar. Bu göstərici isə Ginnesin Rekordlar kitabına düşüb. Rekord Quançjou şəhərində keçirilən ənənəvi fənər festivalında qeydə alınıb. 15 dəqiqə ərzində müxtəlif rəngli işıq diodları ilə təmin olunan Ghostdrone 2.0 adlı kvadrokopterlər göydə 6 parlaq fiqur formalaşdırıblar. Dronlar bir kompüterdən idarə olunub və onların bir-birinə dəyməməsi üçün aralarına azı 1,5 metr məsafə təyin edilib. Buna qədərki rekord isə Intel şirkətinə məxsus idi. Belə ki, ötən ilin payızında Intel tərəfindən futbol meydançasından havaya 500 ədəd dron buraxılmışdı.
Cavanşir Məmmədzadə
- Baxış: 650