• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 14.04.2016 17:13

AFFA tərəfindən müxtəlif yaş qrupları üzrə keçirilən Azərbaycan çempionatının qərb zonasında pley-off mərhələsinə yekun vurulub

2015-2016-cı il mövsümü üçün AFFA tərəfindən müxtəlif yaş qrupları üzrə keçirilən Azərbaycan çempionatının qərb zonasında pley-off mərhələsinə  yekun vurulub. Şəmkirdə reallaşan oyunlarda Ağstafa, Tovuz və Gəncə komandaları çıxış edib. Bakıda baş tutacaq final mərhələsinə vəsiqə qazanmaq uğrunda Nizami Yurdundan "Kəpəz" futbol klubu və Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının 6 komandası yarışıb. Nəticələrə əsasən, Gəncə TİM-in 10, 12 və 13 yaşlılardan ibarət komandası paytaxtda reallaşacaq həlledici mərhələdə iştirak hüququ qazanıb. "Kəpəz"in isə 11 və 12 və 14 yaşlıları qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib. Qeyd edək ki, final mərhələsinin oyunları gələn həftə start götürəcək.

Hidayət Şahin