“Gəncəm” verilişi həyatın arayış mərhələsində olan gəncləri yeniliyə, öyrənməyə, özünüinkişafa səsləyir. Karyera yolunun hələ başında olanlara bu yolda uğur qazanan insanlar öz məsləhətləri ilə işıq olur. Mütəxəssislər işə peşəkar, sosioloji və mənəvi-psixoloji yöndən yanaşaraq, gəncləri bir çox mövzuda maarifləndirir, mövzu ilə bağlı videomateriallar göstərilir. Xəyalları olan gənc qonaqlar öz məqsəd və fikirlərini izləyicilərlə bölüşür. İstedadlı gənclərin tanıdılması məqsədi ilə veriliş ərzində süjetlər təqdim olunur.
Veriliş həftə içi 5 gün saat 19:30-dan 20:25-ə kimi Kəpəz Televiziyasında yayımlanır.