
İspaniya çempionatında VII tura yekub vurulub. İlk oyun günündə 1 qarşılaşma baş tutub.
“Xetafe” evdə hələ də qələbəsi olmayan debütant “Kordoba”nın müqavimətini qıra bilməyib.
Ötən gün isə turun mərkəzi görüşündə “Valensiya” öz meydanında “Atletiko” ilə qarşılaşıb. Qarşılaşmada “yarasalar” 3:1 hesablı qələbə qazanıb.
“Rayo Valyekano” səfərində olan lider “Barselona” oyunun taleyini ilk hissədə həll edib. Hücumçuları – Lionel Messi və Neymarın dalbadal vurduğu qollar Kataloniya klubuna 3 xal qazandırıb.
Bu qələbədən sonra “Barsa” 7 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirir.
Dünən isə “Sevilya” “Deportivo”nu 4:1, “Vilyarreal” “Selta”nı 3:1, “Espanyol” “Real Sosyedad”ı 2:0 hesabı ilə üstələyib.
“Real” isə “Atletik”ə divan tutub. “Santyaqo Bernabeu” stadionunda fanatlar madridlilərin qol şousuna şahidlik edib. Rəqibini 5:0 hesabı ilə məğlub edən “Kral klubu”nun heyətində Kriştianu Ronaldo het-trik, Kərim Benzema isə dubl edib.
Beləliklə, turnir cədvəlinə 19 xalla “Barselona” başçılıq edir. Aktivində 17 xalı olan “Valensiya” 2-ci, “Sevilya” 16 xalla 3-cü yerdə qərarlaşıb. “Real” isə 15 xalla 4-cü pilləni tutur.
İspaniya Primerosu
VII tur
3 oktyabr
“Xetafe” – “Kordoba” - 1:1
Qollar: Diavara, 88 – Ekenq, 78.
4 oktyabr
“Valensiya” – “Atletiko” - 3:1
Qollar: Miranda, 6-avtoqol, Qomes, 8, Otamendi, 13 - Mandjukiç, 29
“Rayo Valyekano” – “Barselona” - 0:2
Qollar: Messi, 35, Neymar, 36
“Eybar” – “Levante” - 3:3
Qollar: Lopes, 47-avtoqol - Morales, 2, Kamarasa, 44
"Almeriya” – “Elçe” - 2:2
Qollar: Verza, 37-pen, Hemed, 84 - Rodriqes, 6, Conatas, 56
"Malaqa” – “Qranada” - 2:1
Qollar: Santa Krus, 60, Antunes, 80-pen - Əl-Ərəbi, 1
5 oktyabr
“Sevilya” – “Deportivo” - 4:1
Mbia, 24; 57, Bakka, 39, Vitolo, 63 - Medunyanin, 31
“Selta” – “Vilyarreal” - 1:3
Qollar: Larrivey, 44 - Qomes, 32; 33, Mario, 90+1
“Espanyol” – “Real Sosyedad” - 2:0
Lukas, 7, Stuani, 90+2
“Real” – “Atletik” - 5:0
Qollar: Ronaldo, 2; 55; 88, Benzema, 41; 69
- Baxış: 451