• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 05.10.2014 15:08

İspaniya çempionatında VII tura start verilib

İlk oyun günündə 1 qarşılaşma baş tutub.

 

“Xetafe” evdə hələ də qələbəsi olmayan debütant “Kordoba”nın müqavimətini qıra bilməyib.

 

Ötən gün isə turun mərkəzi görüşündə “Valensiya” öz meydanında “Atletiko” ilə qarşılaşıb. Qarşılaşmada “yarasalar” 3:1 hesablı qələbə qazanıb.

 

“Rayo Valyekano” səfərində olan lider “Barselona” oyunun taleyini ilk hissədə həll edib. Hücumçuları – Lionel Messi və Neymarın dalbadal vurduğu qollar Kataloniya klubuna 3 xal qazndırıb.

 

Bu qələbədən sonra “Barsa” 7 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirir.

 

Bu gün isə azarkeşlər “Sevilya” – “Deportivo”, “Selta” – “Vilyarreal” və “Espanyol” – “Real Sosyedad” qarşılaşmalarına şahidlik edəcəklər. “Real” isə “Atletik”lə münasibətlərinə aydınlıq gətirəcək.

 

İspaniya Primerosu

VII tur

3 oktyabr

“Xetafe” – “Kordoba” - 1:1

Qollar: Diavara, 88 – Ekenq, 78.

 

4 oktyabr

“Valensiya”  “Atletiko” - 3:1

Qollar: Miranda, 6-avtoqol, Qomes, 8, Otamendi, 13 - Mandjukiç, 29 

 

“Rayo Valyekano”  “Barselona” - 0:2

Qollar: Messi, 35, Neymar, 36

 

“Eybar”  “Levante” - 3:3

Qollar: Lopes, 47-avtoqol - Morales, 2, Kamarasa, 44

 

"Almeriya”  “Elçe” - 2:2

Qollar: Verza, 37-pen, Hemed, 84 - Rodriqes, 6, Conatas, 56

 

"Malaqa”  “Qranada” - 2:1

Qollar: Santa Krus, 60, Antunes, 80-pen - Əl-Ərəbi, 1

 

5 oktyabr

“Sevilya”  “Deportivo” - 4:1

Mbia, 24; 57, Bakka, 39, Vitolo, 63 - Medunyanin, 31

 

20:00 “Selta”  “Vilyarreal”

22:00 “Espanyol”  “Real Sosyedad”

00:00 “Real”  “Atletik”