• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 03.10.2014 17:13

Bakıdakı həbsxanada olan tanışlarını ziyarətə gələn 3 nəfəri polis saxlayıb

Yevlax sakinləri olan qrup üzvləri oğurluqda təqsirli bilinirlər.

Yevlax rayon sakinləri Kamran Bəkirov, Pərvanə Nadirova və Mirazik Dərviş Bakıdakı həbsxanalardan birində cəzasını çəkən tanışlarının yanına dəymək üçün paytaxta gəliblər. Onlar həbsxanadakı tanışlarını gördükdən sonra Binəqədi rayonunun ərazisində Elektrotexnika mağazasına daxil olublar. Yevlaxlı tanışlar vətəndaş Eldəniz Əzimova məxsus mağazadan DVD player, noutbuk və telefon üzlükləri oğurlayaraq hadisə yerindən uzaqlaşıblar. Oğurluqlarının baş tutduğunu düşünən tanışları hadisədən bir qədər sonra Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları yaxalayıb. Hər üç şəxs idarəyə gətirilib. Mirazik Dərviş və Pərvanə Nadirova törətdikləri cinayət əməlinə görə yaxınlarından utandıqlarını bildirərək kamera qarşısına çıxmaqdan çəkiniblər. Saxlanılan Kamran Bəkirova gəlincə, o cinayətdə əlinin olmadığını və işinin taksi sürücüsü kimi gətirdiyi adamları gözləməkdən ibarət olduğunu bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.