• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 25.11.2015 19:29

24 yaşlı qadın bıçaqlanıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Yaralı qadını xəstəxanaya polis əməkdaşları gətiriblər. Qanlı hadisə rayonun Bakıxanov qəsəbəsindəki yataqxanalardan birində baş verib. Orada olan 24 yaşlı Fərqanə Abbasova çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralını xəstəxanaya polis əməkdaşları gətiriblər. Müayinə zamanı həkimlər bıçağın daxilə nüfuz etdiyini müəyyən ediblər. Hadisənin tam dəqiq baş vermə səbəbləri isə aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla əlaqədar cinayət işi başlanılıb.

Vüsalə Camal