• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 24.11.2015 23:12

Ölkədə bir neçə oğurluq faktı qeydə alınıb

Yevlaxda quldurluq edən, Abşeronda mənzillərə qənim kəsilən şəxslər saxlanılıb. Qubada oğurluq faktı üzrə axtarışlar isə davam edir.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən dəstə üzvləri-rayon sakinləri Elgün Cəfərov, Çingiz Mahmudov, Nadir Babayev və Elvin Şahverdiyev saxlanılıb. Məlum olub ki, bir araya gələn dəstə üzvləri Nazlı Bayramovanın Yevlax şəhər Şah İsmayıl Xətai küçəsində yerləşən evinə basqın ediblər. Sayğacdan cərəyanı ayıraraq evə verilən elektrik enerjisini dayandıran qrup üzvləri hasardan həyətə keçiblər. İçəri daxil olaraq evi sahibi Nazlı Bayramovanın əl-ayağını və ağzını yapışqan lentlə bağlayıblar. Daha sonra ondan pul tələb ediblər. Quldurlar 800 manat məbləğində nəğd pul və qızıl-zinət əşyalarını götürərək evi tərk edərkən növbəti cinayət hadisəsini törədiblər.

Dindirilmə zamanı cinayətkarlar törətdikləri əməlləri etiraf ediblər. Hətta saxlanılan Çingiz Mahmudov evi qarət edərkən Nazlı Bayramovadan halallıq almağa çalışıb.

 

Qubanın Aşağı Atuc kəndində 4 evdən oğurluq olub. Naməlum şəxs və ya şəxslər ayrı-ayrı günlərdə kənd sakinləri Vəfadar Məlikov, Bülbül Bayramov, Əli Gülməliyev və Xutkar Əliyevə məxsus evləri qarət edib. Ev sahiblərindən heç biri kənddə daimi yaşamır.  Sakinlər Aşağı Atucda bu cür hadisənin ilk dəfə baş verdiyini bildirir.

Evlərdən sandıqda saxlanılan müxtəlif əşyalar oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları isə oğurluq edən şəxsləri saxlamağa müvəffəq olub. Emil Şirinov və Rəşad Mirzəyevi cinayət əməlinə vadar edən isə motosiklet sevdası olub. Asan yolla nəqliyyat vasitəsi əldə etmək üçün oğurluq ideyasını verən Rəşad həm də hadisəni törədəcəyi məkanı seçib.

Şəxslər internet vasitəsi ilə mostosiklet seçərək taksi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsinə gəliblər. Yolda cibindən qızılları çıxardan Emili taksi sürücüsü sözün əsl mənasında qaralayıb. 12000 manat dəyərində olan qızıl-zinət əşyalarını onun əlindən asanlıqla alıb.

İsdədiklərini reallaşdıra bilən şəxlərin sevinci cox çəkmiyib. Bir gün sonra əldə etdikləri pulun bir qismi ilə ticarət mərkəzlərindən birinə motosikletlə yollanan zaman qəzaya uğrayıblar və gözlərini xəstəxanada açıblar.

Bütün faktlarla bağlı artıq cinayət işi açılıb, araşdırmalar davam edir.