• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 24.11.2015 20:41

Lənkəran polisi qohumunun evindən qızıl- zinət əşyalarını oğurlayan şəxsi yaxalayıb

Bildirək ki, bu saxlanılan şəxsin artıq ikinci məhkumluğu olacaq.

12 noyabr 2015-ci il tarixində Rahim Ramazan oğlu Abiyev Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək rayonun Türkəkəran kəndindəki evindən qızıl zinət əşyalarının oğurlandığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, oğurluğu törədən şəxs elə ailənin qohumu Astara rayon Şiyəkəran kənd sakini, 3 uşaq atası, 1982-ci il təvəllüdlü Ramin Cəfər oğlu Quliyevdir. O, axşam saatlarında sözügedən ünvanda giriş qapısını sındıraraq içəri daxil olub və oradan Abıyeva Fatma Məmmədrza qızına məxsus ümumi dəyəri 30 min manat olan qızıl- zinət əşyalarını oğurlayıb. Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o əməlini etiraf edərək qızılları həyətindəki basdırdığı yerdən çıxararaq istintaqa təhvil verib.

Əliağa Hüseynov –müstəntiq: “Hal-hazırda Quliyev Ramin Cəfər oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.3.2- ci maddəsi ilə istintaq aparılır və o təqsirləndirilən şəxs qismində cəlb olunub və onun barəsində dörd ay həbs qəti imkan tədbirləri seçilmişdir”.

Qeyd edək ki, bu Ramin Quliyevin ilk məhkumluq həyatı olmayacaq. O, əvvəllər də mal-qara oğurladığı üçün həbs edilib.

Məhəmməd Rzayev