• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 24.11.2015 21:41

Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 40 yaşlı Vüqar Məhərrəm oğlu Ələsgərov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan tiryək aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirib. Əvvəllər məhkumluq həyatı yaşamış Vüqar Ələsgərov bu çirkin işə növbəti dəfə əl atdığını etiraf edib.

Abşeron sakini Əliyev Mehman Fazil oğlu da saxlanılarkən üzərində narkotik aşkar olunub. Ömrünün 19 ilini həbsxanada keçirdiyini deyən Mehman 10 ildən artıqdır ki, narkotikə qurşandığını bildirib. Hər iki faktla bağlı cinayət işi başlanıb. İstintaq saxlanılan şəxslərin narkotik vasitələri hansı yolla əldə etməsi istiqamətində araşdırmalarını davam etdirir.

İlham Məmmədzadə