• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 02.10.2014 20:42

Paytaxt polisi cibgirlik və narkotik maddələrin qanunsuz əldə edilib saxlanılmasında təqsirli bilinən qrupu zərərsizləşdirib

Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşları oğurluq, cibgirlik və narkotik maddələrin qanunsuz əldə edilib saxlanılmasında təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 28 yaşlı İltifat Ağabalayev, 32 yaşlı Bisuddin Süleymanov, 35 yaşlı Məhəmməd Bağırov və 43 yaşlı Mahur Bədəlov oğurluq malları satmaq istəyərkən yaxalanıb. Saxlanılarkən qrup üzvlərinin üstündən ümumi çəkisi 60 qrama yaxın narkotik maddə olan tiryək də aşkarlanaraq götürülüb. Əməliyyatçılar həmçinin saxlanılan şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefonlar və noutbukları da maddi sübut kimi götürülüb. İstintaqla müəyyən edilib ki, əvvəllər də dəfələrlə məhkum olunmuş qrup üzvləri son bir neçə ayda paytaxt ərazisindəki mağazalarda, kafelərdə, ictimai yerlərdə oğurluq və cibgirlik cinayətləri törədiblər.

Qrup üzvləri oğurluq yolu ilə əldə etdikləri malları elə həmin gün dəyər dəyməzinə sataraq narkotik maddə əldə alıblar. Oğurluqlar zamanı onlar İltifat Ağababayevin taksi kimi idarə etdiyi avtomobilindən istifadə ediblər.

Faktlarla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir. Həmçinin qrup üzvlərindən götürülən narkotik maddələrin mənbəyi araşdırılır.