• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 5399
— 10.11.2015 12:48

Bakı-Qazax avtomagistralında günlərlə yolda qalan heyvan cəsədləri yol qəzalarına şərait yaradır

Bakı-Qazax avtomagistralında qəzalara səbəb olacaq bir problem də var ki, bu da günlərlə asfalt üzərində qalan müxtəlif heyvan cəsədləridir. Sürücülər tərəfindən gecə-gündüz vurulan bu sahibsiz it, pişik, müxtəlif quşlar elə sonda onların həyatını təhlükəyə atır. Vurulan heyvanların üzərindən keçməmək üçün digər avtomobillərin yoluna çıxan sürücülər qəza şəraiti yaradır. Belə hallara Qazax, Ağstafa, Tovuz rayonu ərazisində daha çox rast gəlinir. Magistral yolun Gürcüstanla sərhəddə qədər uzanması ərazidən keçən turistlərin də belə xoşagəlməz mənzərəyə şahidilik etməsinə şərait yaradır. Yollarda günlərlə qalan cəsədlərin təmizlənməsinə birbaşa cavabdeh olan Qazax, Ağstafa, Tovuz Yol İstismar İdarələrindən bildiriblər ki, digər işlərin çoxluğu yollarda qalan heyvan cəsədlərinin təmizlənməsinə vaxt azlığı yaradır.

Rahim İbrahimoğlu