
Müdafiə nazirliyinin məlumatına görə noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan sakini, 1942-ci il təvəllüdlü Lusine Abovyan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb. Saxlanılan şəxsə qarşı beynəlxalq hüquq normaları çərçivəsində davranılır. Müvafiq prosedurlardan sonra o, qarşı tərəfə təhvil veriləcək.
Vəfa Şairova
- Baxış: 300