• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 5401
— 09.11.2015 14:52

Gəncədə Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Gəncənin ali təhsil ocaqlarının nümayəndələri və digər ictimai xadimlər iştirak edib. Ziyalılar bügünün tarixinə nəzər salaraq xatırladıb ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub, bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib. Ölkə başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Dövlət Bayrağı Günü"nün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabr ayının 9-u ölkəmizdə "Dövlət Bayrağı Günü" kimi qeyd olunur. 2010-cu ilin sentyabr ayının 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı meydanı inşa olunub istifadəyə verilib və burada Ginnesin rekordlar kitabına düşən ən uca dirəkli bayraq dalğalanır. Paytaxtla yanaşı republikamızın bütün şəhər və rayonlarında bayraq meydanları inşa edilərək istifadəyə verilib.

Xəyalə Mürsəl