Goranboyda 23 yaşlı gənc bıçaqlanıb. Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini Həsən Həsənov ürək nayihəsindən bıçaq yarası alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Yardım Xəstəxanasına gətirilib və əməliyyat edilib. Lakin aparılan bütün tədbirlərə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.
İlham Məmmədzadə
- Baxış: 739