• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 02.11.2015 21:45

Ölkə ərazisində bir neçə bıçaqlanma hadisəsi baş verib

Bakıda iki bıçaqlanma faktı qeydə alınıb. Hadisələrdən birində qardaş öz doğma qardaşına xəsarət yetirib. Goranboyda 23, Tərtərdə isə 26 yaşlı gənc bıcaqlandı. Hadisələrin təfərrüatları indi təqdim edəcəyimiz sujetdə.

Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, 57 yaşlı  Kamil Novruzəliyev münaqişə zəminində yaşadığı evin həyətində qardaşı, 44 yaşlı  Qabil Novruzəliyevə  bıçaq xəsarəti yetirib.  Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamil Novruzəliyev artıq tutulub.

Paytaxtda baş verən daha bir hadisədə 49 yaşlı Ramiz Babayev həmyerlisi Mirağa Əhmədovu bıçaqlayıb. Hadisə metronun Xalqlar dostluğu stansiyasında qeydə alınıb. Metropolitenin polis şöbəsinin cinayət-axtarış qrupu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Mirağa  Babayev saxlanılıb.

 

Tərtərdə də oxşar hadisə qeydə alınıb. Bu dəfə 26 yaşlı gənc bıçaqlanıb. Əli Vəliyev bıçaq yarası  ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Gəncin vəziyyəti ağır olduğu üçün o, Bərdə Rayon Xəstəxanasına göndərilib. Həkimlərin sözlərinə görə, Reanimasiya Şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır. Əli Vəliyevin kim tərəfindən bıçaqlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Faktlarla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərbə vurma maddəsi ilə artıq cinayət işi açılıb. Zəruri istintaq tədbirləri davam etdirilir.

İlham Məmmədzadə