
Oktyabrın 2-dən 5-dək Gürcüstanın Batumi şəhərində çimərlik voleybolu üzrə “Georgia Open EEVZA Final Tour - 2014” turnirini keçiriləcək.
Turnirdə Azərbaycanın qadın və kişilərdən ibarət komandaları çıxış edəcək.
Qadınların yarışında ölkəmizi Vivian Danielle Da Canceicao Cunha - Zinaida Liubymova və Ferreira Raquel Goncalves - Yuliya Kərimova təmsil edəcəklər.
Kişilərin arasında Santos Merces Meilton Moises – Yaroslav Rudix və Romano Bernardo Vermelinger – Leonid Qritsai cütlükləri birincilik uğrunda mübarizə aparacaqlar.
Voleybolçularımız bu gün Gürcüstana yola düşəcəklər.
- Baxış: 812