Gəncədə qardaş qardaşı tərəfindən bıçaqlanıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini 28 yaşlı Anar Paşayev ayağın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Dərhal tibbi yardım göstərilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, Anar Paşayev ailə münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb.
Elton Cabbarlı
- Baxış: 563