• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 20.10.2015 18:51

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında dava olub

Hadisə Sumqayıtda 3 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunda baş verib.

51 yaşlı Namik Yahyayev "İsuzu" markalı sərnişin avtobusunu yüksək sürətlə idarə edib. Bu, avtobusda sərnişin qismində əyləşən Elçin Qasımovun xoşuna gəlməyib, və  o, sürücüdən avtobusu saxlamasını tələb edib. Sürücü avtobusu saxladıqdan sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Elçin Qasımov sürücünü döyərək çanaq sümüyünü sındırıb və bıçaqla xəsarət yetirib.

Hadisə zamanı xəsərət alan sürücü Namik Yəhyayev Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Saxlanılan şəxs əvvəllər cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Faktla bağlı araşdırmalar aparılır.

İlham Məmmədzadə