• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 20.10.2015 20:34

Lənkəranın Girdəni kəndində qətl hadisəsi baş verib

Lənkəranın  Girdəni kəndində saat  20:00 radələrində qətl hadisəsi baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş  Müşfiq Abdullayev münaqişə zəminində tanışı olan rayonun Havzava kənd sakini Zahir Əsgərova bədəninin müxtəlif nahiyələrində bir neçə bıçaq zərbəsi endirməklə onu qətlə yetirib. Abdullayev könüllü hüquq-mühafizə orqanlarına təslim olub. Zahir Əsgərovun meyiti isə müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Fakt araşdırılır. 

İlham Məmmədzadə