• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 20.10.2015 18:57

78 yaşlı şəxsin evinə ikinci dəfə basqın olub

Ağsuda 78 yaşlı şəxsin evinə basqın olub. Soyğunçular onun pulunu və evdəki əşyalarını aparıblar. Bildirildiyinə görə, artıq bu hadisə ikinci dəfədir ki, həmin şəxsin evində baş verir.

Ağsu rayonunda maskalı şəxslər yaşayış evinə basqın ediblər. Hadisə rayonun Xatman kəndində baş verib. Naməlum şəxslər kənd sakini, 78 yaşlı Hekayət Soltanovun evinə girərək, onu döyüblər. Əllərini iplə bağladıqdan sonra bıçaqla hədə-qorxu gələrək ondan pul tələb ediblər.

Oğrular evdə soyğunçuluq edərək 500 manat pulu, mis və alüminiumdan olan qab-qacağı da aparıblar. Zərərçəkənin sözlərinə görə, maskalılar 3 nəfər olublar. 78 yaşlı təqaüdçü bildirib ki, belə bir hadisə iki il öncə də onun başına gəlib. O zaman isə soyğunçular Hekayət Soltanovun 2 min manatını oğurlayıblar. Ancaq həmin şəxslərin tapılması ilə bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticə verməyib.

İndi Ağsu Rayon Polis Şöbəsi bu hadisəni törədənlərin axtarışındadır.

Vəfa Şairova