• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 13.10.2015 18:49

Lənkəranda 76 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi bu gün Lənkəranda mina zərərsizləşdirilməsi üzrə növbəti əməliyyatını həyata keçirib. Əməliyyat zamanı sahilyanı ərazidə 76 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Lənkəranda bir vaxtlar tank batalyonunun poliqonu kimi istifadə olunan ərazilərdə son bir neçə ildə işlək vəziyyətdə olan hərbi sursatın, əsasən də tank əleyhinə minaların aşkarlanması ilə əlaqədar burada iş aparan ANAMA əməkdaşları daha bir neçə minanı zərərsizləşdirdi. Bu dəfəki əməliyyat zamanı 76 ədəd tank əleyhinə mina, 6 ədəd isə hərbi sursat partladıldı. Beləliklə də ANAMA Lənkəran ərazisində 200-ə qədər mina və partlamamış hərbi sursat zərərsizləşdirmiş oldu.

Qeyd edək ki, dəniz suyunun səviyyəsinin son 20 ildə qalxması nəticəsində ərazidə olan iki sovetdən qalma sursat anbarı suyun altında qalıb. Bu da təmizləmə işinin bir qədər uzun çəkməsinə səbəb olub. Növbəti mərhələdə dənizin içinə doğru 300 metr ərazidə təmizləmə işi aparılıb.

Məhəmməd Rzayev