• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 13.10.2015 00:39

Gəncədə yolu keçmək istəyən 3 nəfəri maşın vurub

Hadisə Gəncə şəhəri, Dəmiryol vağzalı yaxınlığında qeydə alınıb. Ərazidə yerləşən marketlərdən birindən çıxaraq yolu keçmək istəyən şəhər sakinləri - 25 yaşlı Eşqin Məmmədov, onun bacısı 28 yaşlı Aytən Məmmədova və daha bir nəfər 21 yaşlı Fəqanə Əlibəyovanı maşın vurub. Nəticədə hər üç şəxs bədənin müxtəlif nahiyələrinin xəsarətləri ilə Gəncə şəhər TTYX-ya çatdırılıblar. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilən hər 3 yaralının vəziyyətinin orta-ağır olduğu bildirir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xaliq Qurbanlı