
İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Ötən gün I qrup mərhələsinin görüşləri başa çatıb.
Belə ki, baş tutan 5 turdan sonra mərhələ adlayan "16-lığın" adına aydın gəlib. Bu siyahıda olan Azərbaycan millisi də II qrup mərhələsində rəqiblərini tanıyıb. D qrupunda yer alan komandamız Çin, Yaponiya və Belçika ilə birgə A qrupunda ilk 4 yerin sahibi İtaliya, Dominikan Respublikası, Xorvatiya və Almaniya ilə birgə mübarizəni E qrupunda davam etdirəcəklər. Bu zaman hər bir yığmaların ilk mərhələdə "4-lük" komandaları ilə matçlarda qazandıqları xallar da saxlanılır.
Artıq qtupumuzun təqvimi də açıqlanıb. İlk matçımızı ev sahibləri İtaliya yığmasına qarşı keçirəcəyik.
Azərbaycan millisinin oyunlarının təqvimi:
1 oktyabr
I tur
23.00 İtaliya - Azərbaycan
Bari. "PalaFlorio" salonu.
2 oktyabr
II tur
20.00 Dominikan Respublikası - Azərbaycan
Bari. "PalaFlorio" salonu.
4 oktyabr
III tur
23.00 Xorvatiya - Azərbaycan
Trieste. "PalaTrieste" salonu.
5 oktyabr
IV tur
20.00 Almaniya - Azərbaycan
Trieste. "PalaTrieste" salonu.
Çin |
3 |
3 |
0 |
9-2 |
258-204 |
8 |
İtaliya |
3 |
2 |
1 |
8-4 |
266-217 |
7 |
Dominikan R |
3 |
3 |
0 |
9-6 |
323-303 |
6 |
Yaponiya |
3 |
1 |
2 |
7-7 |
293-300 |
5 |
Belçika |
3 |
1 |
2 |
4-6 |
227-226 |
3 |
Xorvatiya |
3 |
1 |
2 |
5-8 |
244-296 |
3 |
Azərbaycan |
3 |
1 |
2 |
3-8 |
202-250 |
2 |
Almaniya |
3 |
0 |
3 |
5-9 |
281-298 |
2 |
- Baxış: 859