• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 09.10.2015 18:46

Bakıda bir gündə 3 qanlı hadisə törədilib

Ötən gecə paytaxtda 3 qanlı hadisə baş verib. Naməlum şəxs Qaradağ sakininə kəsici-deşici alətlə 20-ə yaxın xəsarət yetirib. Nəsimi rayonunda isə qadın rəfiqəsi tərəfindən döyülüb. Eyni rayonda qeydə alınan digər insidentdə isə bacı və qardaş pivə üstündə döyülüb.

Qaradağ rayonunda qanlı hadisə baş verib. Naməlum şəxs 53 yaşlı Rəfail Rəhmanova yaşadığı evin qarşısında kəsici-deşici alətlə çoxsaylı zərbələr endirərək hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım maşını ilə paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Rəfail Rəhmanovda 20-ə yaxın kəsilmiş-deşilmiş yara aşkarlanıb. Həkimin bildirdiyinə görə, bizlə yetirilən xəsarət bıçaq yarasından da ağır olur.

Rəfail Rəhmanov polisə bildirib ki, axşam evində yemək yeyən zaman tanımadığı şəxs onu evindən bayıra çağırıb. O, yola  çıxanda naməlum şəxs bizlə ona xəsarətlər yetirib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Nəsimi rayonunda isə tanış qadınlar arasında dava düşüb. Rayon ərazisindəki kafelərdən birində işləyən  45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan yaralı xəstəxanaya gətirilib. Hadisə barədə polisə məlumat verilib.

Eyni rayonda daha bir insidentdə isə bacı və qardaş döyülüb. 50 yaşlı Məlahət Məlikova çoxsaylı bədən xəsarətləri ilə xəstəxanya gətirilib. Ona ilkin tiibi yardım göstəriləndən sonra palataya yerləşdirilib. Zərərçəkənin sözlərinə görə, qardaşı hadisə baş verən kafedə pivə içib. Lakin hesabı ödəməyə pulu çatmayıb. Pul gətirmək üçün vaxt istəyib və bu zaman mübahisə düşüb. Kafenin işçiləri onu döyüb. Məlahət Məlikova qardaşının döyüldüyünü eşidəndə o da kafeyə gəlib. Və yaranan mübahisə zamanı naməlum şəxslər ona da xəsarətlər yetirib.

Artıq bütün faktlarla bağlı araşdrımalara başlanılıb.

İlham Məmmədzadə