• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 08.10.2015 19:22

Son bir gecədə payxatda 4 nəfər bıçaqlanıb

Hadisələr müxtəlif ərazilərdə qeydə alınsa da səbəblər oxşardır. Suraxanıda qonşular, Pirşağıda sərnişinlər yaranan anlaşılmazlıqları bıçaqla həll edib. Analoji fakt Sabunçuda da yaşanıb.

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan qonşular - 20 yaşlı Fərman Nəcəfov və Nicat Ramazanov mübahisə zəminində qonşuları tərəfindən bıçaqlanıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Əməliyyatdan sonra yaralı Fərman Nəcəfovun vəziyyəti ağır qiymətləndirilir. Nicat Ramazanov isə bel nahiyəsindən bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini 19 yaşlı İsmət Ziyadov artıq polislər tərəfindən saxlanılıb.  

Pirşağı qəsəbəsində də bıçaqlanma hadisəsi qeydə alınıb. Paytaxt sakini  Məftun İmanquliyev Pirşağı kəndindən Bakıya gələn taksiyə əyləşib.  Yolda Məftunla avtomobildə olan digər sərnişin arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya keçib. Bu zaman Məftunla mübahisə edən sərnişin cibində olan bıçaqla ona xəsarətlər yetirib . Daha sonra isə hadisə yerindən qaçıb. Yaralı dərhal  3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Yarlıda bıçaq xəsarətləri ilə bərabər baş nahiyyəsində də xəsarətlər aşkar edilib.  

Daha bir qanlı hadisə isə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. Yavər Agayevlə tanışı Ramid Talıbov arasında mübahisə düşüb. Mübahisə zamanı Ramid Yavər Ağayevə bıçaqla bir zərbə vurub.

Hadisə ilə bağlı 12-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Bakı sakini 34 yaşlı Ramid Abdullayev saxlanılıb.  O, saxlanılan zaman sərxoş vəziyyətdə olub. 

Artıq bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

 

İlham Məmmədzadə