• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 08.10.2015 19:34

Şəki Rayon Polis Şöbəsinin əməkdaşları növbəti uğurlu əməliyyatını həyata keçirib

Belə ki, əməliyyat-axtarış tədbirləri nəticəsində onlar evində narkotik maddə əkib becərən rayon sakinini həbs edib.

İstintaq zamanı müəyyən edilmişdir ki, Şəki rayon Turan qəsəbə sakini Məmmədov Elşən Kərim oğlu tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkisi yetişdirib. Daha sonra o, həmin bitkiləri kultivasiya edərək kustar üsulla emal edib və xüsusi qaydada selofan torbalara yığaraq yaşadığı evdə saxlayıb. Polis əməkdaşları onun evinə baxış keçirərkən təmiz çəkisi 4 kq 5.53 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs dindirilmə zamanı əməlindən peşman olduğunu bildirib.

İlham Məmmədzadə