
Cəlilabad rayon polis şövbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik maddə aleverçisi həbs olunub. 33 yaşlı Şirvan Şəhər sakini İlkin Mahir oğlu Atayev Cəlilabad rayonuna gələrək Cəlilabad-Sərhədabad yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən 8 kiloqrama yaxın narkotik maddə olan tiryəki götürüb qayıdarkən polislər tərəfindən saxlanılıb. Məlum olub ki, İlkinə narkotik maddənin adıçəklilən yerdən götürərək digər şəxslərə təhvil verməsini ona İarandan olan tanışı telefonla zəng edərək xəbər verib. Faktla bağlı Cəlilabad rayon Polis şövbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Digər şəxslərin də tapılaraq istintaqa cəlb edilməsi istiqamətində istintaq davam etdirilir.
İlham Məmmədzadə
- Baxış: 414