• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 07.10.2015 19:00

Ağdam və Cəlilabadda müxtəlif çəkidə narkotik vasitə dövriyyədən çıxarılıb

Ağ ölümlə mübarizə istiqamətində aparılan mübarizə tədbirləri davam etdirilir. Hüquq mühafizə orqanı əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam və Cəlilabadda müxtəlif çəkidə narkotik vasitə dövriyyədən çıxarılıb.

Ağdam rayon Polis Şöbəsinin əməkdaşları uğurlu əməliyyat keçiriblər. Aparılan əməliyyat zamanı, rayonun Sarıçoban kənd sakini, 41 yaşlı Firdovsi Allahverdiyev şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı o, narkotik vasitələrin qanunsuz əkilib-becərilməsi ilə məşğul olduğunu etiraf edib. Onun evinin həyətindəki 15 kvadratmetrlik yarımtikiliyə baxış zamanı oradan xüsusi qulluqla yetişdirilən, hündürlüyü 3 metrə çatan narkotik vasitə olan 4 ədəd çətənə kolu aşkarlanıb. Bundan başqa, evin həyətində ayrı-ayrı yerlərdə saxlanılan 1 kiloqram 125 qram qurudulmuş marixuana və hər birinin çəkisi 120 qram olan 2 ədəd çətənə bitkisinin özəyi aşkarlanaraq götürülüb. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində də narkotik maddə alverçisi saxlanılıb. 33 yaşlı Şirvan Şəhər sakini İlkin Mahir oğlu Atayev Cəlilabad rayonuna gələrək Cəlilabad-Sərhədabad yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən 8 kiloqrama yaxın narkotik maddə olan tiryəki götürüb qayıdarkən yaxalanıb. Məlum olub ki, İlkinə narkotik maddənin  adıçəkilən yerdən götürərək digər şəxslərə təhvil verməsini ona İrandan olan tanışı telefonla zəng edərək xəbər verib. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

İlham Məmmədzadə