• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 06.10.2015 23:07

Göygöl rayonunda ər arvadı bıçaqlayıb

Göygöl rayonunda bıçaqlanma baş verib. Hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb. 37 yaşlı Mehriban Hacıyeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı dərhal yaxınlarının köməyi ilə Gəncə şəhər TTYX-a çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırmalara başlanılıb.

 

Elton Cabbarlı