• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 06.10.2015 18:57

Bakıda toyda müsiqi sifarişi üstündə qohumlar arasında dava düşüb, iki nəfər bıçaqlanıb

Hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən "Təbrik" şadlıq sarayında baş verib. Toy zamanı musiqi sifarişi üstündə qohumlar arasında mübahisə düşüb. Mübahisə edənlər şadlıq sarayının foyesinə çıxıblar və mübahisə davaya çevrilib. Dava zamanı 48 yaşlı İlqar Tağıyevə döş nahiyyəsindən , Musa Xidafirova  isə sarğı nahiyyəsindən bıçaq xəsarətləri yetirilib. Yaralılar тяъили tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xətai Rayon Polis İdarəsindən  verilən məlumata görə, iki qohumunu bıçaqlayan şəxsin kimliyi məlumdur və onun tutulaması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayyət işi açılıb.

İlham Məmmədzadə