Hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Rafael Qasımov şəxsi münasibətlər zəminində kiçik qardaşı, 31 yaşlı Ramil Qasımovun qarın boşluğundan bıçaqla vurub. Ramil Qasımov xəstəxanaya aparılarkən qan itirmə nəticəsində yolda keçinib. Meyit daxili və xarici müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılıb.Hadisəni törədən Rafael Qasımov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 454