• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 03.10.2015 23:01

Göygöldə mübahisə qanla bitib

Göygöl rayonunda  bıçaqlanma faktı qeydə alınıb.  Saat 23 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 31 yaşlı rayon sakini Əbülfət Məmmədov gətirilib.  Xəstə dərhal cərrahiyyə şöbəsinə yerləşdirilib  və əməliyyat edilib. Xəstəxanadan verilən məlumata əsasən yaralı sol bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Hazırda vəziyyəti orta ağırdır.