• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 02.10.2015 18:48

Paytaxt sakinlərinin ciblərinə qənim kəsilən şəxs tutulub

Bakı şəhər BPİ Cinayət axtarış İdarəsi əməkdaşları paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə məhkum olunan 29 yaşlı  Ramal Nəzərovu saxlayıb. Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən içərisində 46 manat və sənədləri olan pul kisəsini oğurlayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt  avtobusunda eyni usulla daha bir vətəndaşın cibindən 24 manat oğurlamaqla cinayət əməlini davam etdirib. Şəxsin təhlükəli əməllərindən zərərçəkənlərdən və ya şahidi olanlardan Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng –Mərkəzinə məlumat vermələri xahiş olunur.

Ruhəngiz Hacızadə