• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 712
— 01.10.2015 18:23

Paytaxt ərazisində qanlı hadisələr baş verib

Ötən gecə paytaxt ərazisində qanlı hadisələr  baş verib. Müxtəlif ərazilərdə münaqişələr zəminində iki nəfər bıçaqlanıb.

Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Babək prospekti 78 ünvanında 27 yaşlı Təvəkkül Tanrıverdiyev hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Təvəkkülə kürək nahiyyəsindən 6, ayağından isə bir zərbə endirən tanışı hadisə yerindən qaçıb. Yaralı tanışları tərəfindən xəstəxanaya çatdırılıb. Dərhal əməliyyata götürülən Təvvəkül Tanrıverdiyevin həyatını həkimlər xilas ediblər. Hadisə barədə ərazi üzrə Xətai rayon Polis İdarəsinin 34- cü polis bölməsinə məlumat verilib. Bölmədən hadisəni törədən şəxsin axtarışlarının davam etdiyi bildirilib. Analoji hadisə Nərimanov rayonunda da qeydə alınıb.  Paytaxt sakini 23 yaşlı Əhəd Quliyev Arif Heydərov küçəsində bıçaqlanıb. Yaralı 1 saylı şəhər kliniki xəstəxanasına gətirilib. Əməliyyat olunan yaralının həyati təhlükəsi aradan qaldırılıb. 2 bıçaq xəsarətləri almış Əhəd Quliyev xəstəxananın reanimasiyə şöbəsində müalicəsini davam etdirir.  Hər iki faktla bağlı Nərimanov və Xətai  rayon polis idarələrində  Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Vəfa Şairova