• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 30.09.2015 18:55

Paytaxtda nasaz lift qardaşı canından, bacını ayağından etdi

Bakı sakini liftdə baş verən bədbəxt hadisə nəticəsində ölüb.

Yasamal rayonu, Haqverdiyev küçəsi 1 ünvanında yerləşən 16 mərtəbəli binada yaşayan 51 yaşlı Bəylər Həşimov liftlə yaşadığı mənzilə qalxmaq istəyib. Bu zaman o, texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılaraq dünyasını dəyişib. Bəylər Həşimova kömək etmək istəyən bacısı Məhbubə isə liftin şaxtasına düşüb. Nəticədə оnun ayağı sınıb.

Bina sakinləri uzun müddətdir ki, liftin nasaz vəziyyətdə olduğunu da bildiriblər.

Hadisə yerinə fövləqədə hallar, polis və prokurorluq əməkdaşları baxış keçiriblər.

Faktla əlaqədar Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.

Ruhəngiz Hacızadə