• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 30.09.2015 18:09

Bakı sakininin iti şəhərdə gəzdirmək istəyi kütləvi dava ilə nəticələnib

Hadisə Səbail rayonunda qeydə alınıb. İkisi ağır olmaqla, 3 nəfər xəsarət alıb.

Hadisə rayonun Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsində qeydə alınıb. Elvin Bədəlov yaşadığı evin qarşısında itini gəzdirən zaman yoldan “Vaz 2107” markalı avtomobil keçirmiş. Bədəlovun bibisi oğlu Ramin Baxışovun sözlərinə görə, dayısı oğlu sürücüdən ethiyatlı olmasını xahiş edib.

Gözlə gəlirəm deyən “Vaz 2107”-nin sürücüsü bir müddət sonra dostlarını da yığaraq yenidən mübahisə baş verən yerə qayıdıb.

Hadisə zamanı Ramin Baxışov yüngül xəsarət alıb. Elvin və əmisi Mais Bədəlov ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına aparılıblar.

Xəstəxanadan verilən məlumata görə, Mais Bədəlovun qabırğaları sınıb, Elvin Bədəlovun daxili orqanları zədələnib və kəllə-beyin travması alıb.

Hadisə barədə Səbail rayon 41-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerində müayinələr aparıblar. Toplanan materiallar Səbail rayon polis idarəsinə göndərilib.

Faktla əlaqədar araşdırmalar davam edir.

Gülnar Fazilqızı