• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 21.09.2015 18:27

Bakı-Qazax avtomagistralında və Yardımlıda ölümlə nəticələnən yol qəzaları baş verib

Bakı-Qazax avtomagistralında 1 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən iki qəza baş verib. Gecə saatlarında Qazağın Şıxlı kəndi ərazisində qeydə alınan hadisədə 38 yaşlı Taleh Qədimovu 60 yaşlı Ağakişi Musayev idarə etdiyi "Ford" markalı avtomobillə vurub. Xəstəxanaya çatdırılan zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb. Bu gün günorta saatlarında isə avtomagistralın 456-cı kilometrliyində, Ağstafa rayonu ərazisnidə ağır qəza baş verib. Qəza zamanı Tural Abbasovun idarə etdiyi "Ford"la, Sərxan Muxtarovun sükanı arxasında olduğu "Nissan-X Trail" markalı avtomaşınlar toqquşub. Nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərdən 54 yaşlı Telman Muxtarov və Qərənfil Muxtarovanın vəziyyəti ağır olduğundan onlar cərrahiyyə əməliyatı olunması üçün Qazax Diaqnostika Mərkəzinə göndərilib.Telman Muxtarov daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Hadisə ötən gün saat 19.00 radələrində Yardımlı rayonunun Honuba kəndində qeydə alınıb. Rayon sakini Vüqar Rəsulov idarə etdiyi “VAZ-21213” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini İsmayil Rəsulzadə hadisə yerində ölüb, digər 4 sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, qəzanın səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı polis şöbəsinda araşdırmalar aparılır.

Hər iki faktla bağlı BDYPİ-də araşdırmalara başlayıb.

Vəfa Şairova