• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 21.09.2015 11:40

Gölə düşən Tovuz sakini son anda ölümdən xilas edildi

Ötən gün Tovuzda 32 yaşlı Davud Tanırverdiyevin azacıq ehtiyatsızlığı az qala onun ölümünə səbəb olacaqdı. Kəpəz TV (Region TV) xəbər verir ki,

rayonun Qaziqulu kəndi ərazisində yerləşən Tovuzçay su anbarının ətrafında balıq ovuna çıxan rayon sakini qəfildən gölə düşüb. Özünü sudan qurtarmağa çalışsa da, 32 yaşlı rayon sakini gölün dərinliklərinə batıb. Dərhal ətrafdakıların köməyi ilə sudan çıxarılan Davud Tanırverdiyev təcili yardım avtomobilinə mindirilərək Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.

Rahim İbrahimoğlu