• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 20.09.2015 11:10

Şəmkirdə daha bir müammalı yanğın...

Bu gecə saat 02:00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində daha bir yanğın hadisəsi törədilib. Kənd sakini Etibar Məmmədova məxsus ot bağlamaları yanaraq külə dönüb. Hadisə yerinə iki yanğınsöndürmə briqdası cəlb olunub. Görülən tədbirlər nəticəsində 20 ton otdan 5 tonu yanğından mühafizə edilib. Xatırladaq ki, bu, son bir neçə ay ərzində qeydə alınan sayca 10-cu yanğın hadisəsidir. Sonuncu dəfə ötən gün axşam kənd sakini Namiq Qasımova məxsus fərdi təsərrüfatda yanğın qeydə alınıb. Hazırda kənd ərazisində polis naryadı qoyulub. Giriş-çıxış nəzarətdə saxlanılır. Müəmmalı yanğının səbəbləri və kim tərəfindən törətdildiyi məlum deyil. 

Natiq Hüseyn