• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 693
— 19.09.2015 21:09

"Azəryolservis" ASC-nin müfəttişi döyülərək xəstəxanalıq edilib

Hadisə Daşkəsən rayonunda qeydə alınıb. Gəncə şəhər sakini "Azəryolservis" ASC-nin 85 saylı yol istismar idarəsinin aparıcı  müfəttişi  53 yaşlı Fəxrəddin Mikayılov öz sürücüsü tərəfindən amansızcasına döyülüb. Yaralı dərhal yaxınlarının köməyi ilə Gəncə şəhər TTYX-ya çatdırılıb. İlkin tibbi yardım göstərilən Fəxrəddin Mikayılovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.  

 

Vəfa Şairova