• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 19.09.2015 11:12

Şəmkirin Qaracəmirli kəndi yenə alova qərq olub(Yenilənib)

Şəmkirin Qaracəmirli kəndi yenə alova qərq olub. Kənddə vətəndaşa məxsus xeyli miqdarda ot bağlaması yanaraq külə dönüb. Yerli sakinlər bu dəfə də yanğının qəsdlə törədildiyini deyirlər.   

Bu gecə saat 01:00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində növbəti yanğın qeydə alınıb. Kənd sakini Namiq Qasımova məxsus təsərrüfatda olan 10 tona yaxın ot bağlamasından 7 tonu yanaraq külə dönüb. Hadisə yerinə gələn iki yanğınsöndürmə briqadası 3 tona yaxın ot bağlamasını və ətraf tikililəri yanğından xilas edə bilib.

Namiq Qasımov- zərərçəkən şəxs: “Burada maşın dayanıb. Camaat tökülüb, deyilənə görə içərisində qadın da olub. Heç arası iki dəqiqə keçməyib maşına minib qaçıblar. Ot bağlamsı da yanıb bu günə düşüb”.

Xatırladaq ki, bu, son bir neçə ayda Qaracəmirli kəndində qeydə alınan sayca 9-cu yanğın hadisəsidir. Buna qədər kənd xəstəxanasında və körpələr evi-uşaq bağçasında, eləcə də fərdi təsərrüfatlarda müəmmalı yanğın hadisəsi qeydə alınıb. Həmin vaxt olduğu kimi yenə də sakinlər yanğının qəsdən törədildiyini ehtimal edirlər.

Kənd sakini: “Onun ot bağlaması yandı və yaxud da mənimki fərqi yoxdur. Gecə sabaha kimi növbədə dururuq. Kənd terror içindədir”.

Elşad Qasımov- zərərçəkənin qardaşı: “Qardaşımın həyətidir. 540 ədəd ot bağlaması olub. Biz bilmirik dərdimizi kimə deyək. Bələdiyyəyə, sahə müvəkkilinə deyirik baxmırlar. Kimə deyək bilmirik. Bu artıq Qaracəmirlidə 10-cu yanğın hadisəsidir. Gecə səhərə kimi qadın, uşaq, böyük hamı keşik çəkir”.

Kənd sakini: “Kredit götürüb ot bağlaması almışıq. Gecə səhərə çöldə yatırıq. Bir gecə deyil, iki gecə deyil. Bütün Qaracəmirli sakinləri bu vəziyyətdədir”.

Hazırda yerli hüquq mühafizə orqanları və FHN-in əməkdaşları müəmmalı yanğınların baş vermə səbəblərini araşdırır.

Natiq Hüseyn

 

saat 11:12-yə olan xəbər

Bu gecə saat 01:00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində növbəti yanğın qeydə alınıb. Kənd sakini Namiq Qasımova məxsus təsərrüfatda olan 10 tona yaxın ot bağlamasından 7 tonu yanaraq külə dönüb. Hadisə yerinə gələn iki yanğınsöndürmə briqadası 3 tona yaxın ot bağlamasını və ətraf tikililəri yanğından xilas edə bilib. Xatırladaq ki, bu, son bir neçə ayda kənddə qeydə alınan sayca 9-cu yanğın hadisəsidir. Buna qədər kənd xəstəxanasında və körpələr evi-uşaq bağçasında, eləcə də fərdi təsərrüfatlarda müəmmalı yanğın hadisəsi qeydə alınıb. Həmin vaxt olduğu kimi yenə də sakinlər yanğının qəsdən törədildiyini ehtimal edirlər. Hazırda yerli hüquq mühafizə orqanları və FHN-in əməkdaşları müəmmalı yanğınların baş vermə səbəblərinin araşdırılması istiqamətində iş aparır.

Natiq Hüseyn