• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 18.09.2015 19:25

Piyadaları vurub qaçan sürücü saxlanıldı

Abşeron polisi 2 gün əvvəl piyadaları vurub qaçmış şəxsi yaxalayıb. 

2 gün əvvəl Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində yolu keçmək istəyən piyadalar Novruzov Toğrul Vəkil oğlu və Nağıyev Asim Ataman oğlu naməlum avtomobil tərəfindən vurulublar. Piyadaları vurmuş sürücü hadisə yerindən qaçsa da, onların xanım sürücü xəstəxanaya aparıb. Xəstəxanaya çatdırılan yaralıların həyatını həkimlər xilas ediblər.

Hadisəni törətmiş şəxsə gəlincə o, qısa müddət ərzində Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Ona məxsus “Ford” markalı minik avtomobili də götürülərək cərimə meydançasına yerləşdirilib.  Saxlanılan 48 yaşlı Məmmədəliyev Şəfayət Cahangir oğlu istintaqa ifadə verərkən törətdiyi cinayət əməlini etiraf edib. İndiyədək başına belə iş gəlmədiyini deyən saxlanılan şəxs hadisə zamanı qorxduğunu bu səbəbdən də vurduğu şəxsləri qoyub qaçdığını söyləyib.

Faktla bağlı Abşeron rayon polis idarəsində başlanan cinayət işinin istintaqı davam edir.

Vəfa Şairova