• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 18.09.2015 19:03

Bakıda ərzaq məhsulları dükanı yanıb

Gecə saatlarında paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 134 ünvanındakı ərzaq məhsulları dükanında yanğın hadisəsi baş verib. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə hissəsinə xəbər veriblər. Əraziyə Yasamal rayon yanğından mühafizə hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının qarşısı vaxtında alınıb. Hadisə zamanı yaralanan olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Ruhəngiz Hacızadə