• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 17.09.2015 15:19

Sürünənlər Qərb bölgəsində yenidən fəallaşıb

Yayın son günləri olmasına baxmayaraq sürünənlər Qərb bölgəsində yenidən fəallaşıb. Bu gün səhər saatlarında Tovuz rayonunun Əyyublu kənd sakini 21 yaşlı Röyal İsmayılov  açıq sahədə mal-qara otararkən ilan onun sol ayağından sancıb. Kənd sakini dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib,vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək ki, son 3 ayda Tovuzda 25-ə yaxın sakini ilan sancıb.      

Ruhəngiz Hacızadə